22 Ağustos 2025, Cuma
15:06

Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu”

Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu”
Haber : Zeynep Abbasova / Azerbaycan

Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu”

 

 

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmi tərəfdaşlığı, «Ümidlə Gəl» xeyriyyə layihəsi və Inclusive Organization Company-nin birgə təşkilatçılığı ilə unudulmaz bir tədbir – “İnklüzivliyin Sirri Laçında” adlı fiziki məhdudiyyətli şəxslərin ilk konsert proqramı keçirildi.

 

İnclusive Orqanızatıon Company təsisçi və rəhbəri,Azərbaycan sosial kooperativ layihələrin təşkilatcısı İbrahim Məmmədov öz təəssüratlarını bizimlə bölüşdü. Onu da qeyd edək ki,İbrahim Məmmədov inklüzivin sirri layihəsinin idea müəllifi, Laçında ilk dəfə doğma torpaqda inklüziv tədbirin təşkilatçısıdır. Həmçinin o, Laçın rayon inklüzivin tərəfdaş nominasiyasının qalibidir.

 

"Laçında belə bir tədbiri reallaşdırmaq mənim üçün böyük bir qürurdur. İlk dəfə olaraq bu qədim və doğma torpaqda, hər kəsi birləşdirən, bərabərliyi və dostluğu önə çıxaran inklüziv konsert təşkil etdik. Məqsədimiz o idi ki, hər kəs fərqliliklərindən asılı olmayaraq öz istedadını sərgiləyə bilsin, cəmiyyətə inteqrasiya olunsun. Bu layihə ilə göstərmək istədik ki, mədəniyyət və musiqi hamımızı birləşdirən ortaq dəyərdir."

 

İbrahim Məmmədov bildirib ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin, gənclərin və müxtəlif sosial qrupların bərabər imkanlarla iştirakını təmin etmək, onların yaradıcılıq potensialını cəmiyyətə təqdim etməkdir.Konsert proqramı yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. 

Tədbir çərçivəsində həmçinin xüsusi mükafatlandırma mərasimi də keçirildi. Inclusive Organization Company-nin təsisçisi və rəhbəri İbrahim Məmmədov, inklüzivlik sahəsində göstərdiyi xidmətlərə görə “İnklüzivliyin tərəfdaşı” nominasiyası üzrə Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən fəxri diplomla təltif olundu.

 

Bu möhtəşəm layihə, həm mədəniyyət, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir. Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq imkanlarını üzə çıxarmaq və inklüziv cəmiyyətin inkişafına töhfə verməkdir.

 

Mükafat alanlar sırasında tədbirin təşkilatçılarından olan ictimai xadim-xeyiriyyəçi Hacı Quliyev də yer aldı.

 

Konsert proqramında səhnəyə çıxan fiziki məhdudiyyətli şəxslər öz istedad və bacarıqları ilə tamaşaçılara duyğulu və ilhamverici anlar yaşatdılar. Tədbir iştirakçılarının hər bir çıxışı zalda böyük alqışlarla qarşılandı və bir daha sübut olundu ki, məhdudiyyət insanın istedadına və yaradıcılığına mane ola bilməz.

 

Bundan başqa, tədbirin qonaqları olan tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri – əməkdar artist Elza Seyidcahan, sevilən sənətçi Nərmin Kərimbəyova inklüzivlik sahəsində dəstəyinə görə xüsusi mükafatlarla təltif edildilər.

 

 

“İnklüzivliyin Sirri Laçında” adlı bu ilk konsert proqramı həm fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq potensialını nümayiş etdirməsi, həm də ictimaiyyətin inklüzivliyə daha həssas yanaşmasına səbəb olması ilə yaddaşlara yazıldı.

Haber Görselleri

Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu” - Görsel 1
Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu” - Görsel 2
Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu” - Görsel 3
Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu” - Görsel 4
Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu” - Görsel 5
Dünyaya səs salacaq layihə !!! “Laçında ilk dəfə inklüziv konsert proqramı baş tutdu” - Görsel 6